EN

Bakıda tut ağaclarını qurd basıb, dərmanlama işləri aparılır

Son günlərdə Bakının bəzi ərazilərində tut ağaclarını qurd basması halları müşahidə olunur.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb.

Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

"Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi mövzu ilə əlaqədar olaraq tədbirlər planı hazırlayıb, ərazidə gündəlik monitorinqlər keçirib və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

FOTO QALEREYA
Chosen
66
23
avtosfer.az

10Sources