EN

Şəmkirdə 24 nəfər dönərdən zəhərlənib

Avqustun 20-si saat 18:30 radələrindən başlayaraq zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 24 nəfərin hamısı göstərilən tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki,  9-u kişi, 15-i qadın olan şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onların 14-ü azyaşlıdır. Qeyd olunan şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

 

 

Chosen
13
4
operativmedia.az

10Sources