ABŞ-də qorxudan hərbi aviasiya qəzası baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E Super Hornet” döyüş təyyarəsinin təlim uçuşu zamanı Virciniya sahillərində okeana düşdüyü bildirilib.
Hərbi Dəniz Qüvvələrinin sözçüsü leytenant Ceki Paraşar qəzanın səhər saat 9:50 radələrində meydana gəldiyini və özünü təyyarədən atmağı bacaran pilotun sağ-salamat xilas edilərək xəstəxanaya aparıldığını deyib.
C.Paraşar qəzaya uğrayan təyyarənin Okeana Dəniz Hava Stansiyasında yerləşən 83-cü Hücum Eskadrilyasına bağlı olduğunu qeyd edib.
Təyyarənin qalıqlarının hələ ki, dənizdən çıxarılmadığı və qəzanın səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.