EN

Hüseynin Rusiyadakı şirkəti ləğv olundu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloger Hüseyn Həsənovun (Gusein Gasanov) onlayn kurslarının satışı üçün yaratdığı “Banda” MMC bağlanıb.

OLAY yazır ki, bu barədə “Zvezdaç” teleqram kanalı məlumat yayıb.

İddia olunur ki, şirkətin hüquqi ünvanı saxta göstərilib, vəzifəli şəxslərlə bağlı məlumatlar da düzgün deyil. Bu səbəbdən Vergilər Xidməti şirkətin ləğv olunması barədə qərar verib, hesabları isə artıq bloklanıb.

Bundan əlavə, Hüseyn Həsənovun kursları ilə bağlı ümumi məbləği 2 milyon 675 min rubl (təxminən 57.000 AZN) olan iki məhkəmə işi də mövcuddur. Bununla belə, Həsənovun vəziyyəti öncədən nəzərə alaraq, bir müddət əvvəl təsisçilər siyahısından çıxdığı bildirilir.

Chosen
31
olay.az

1Sources