EN

Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 20 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Culfa rayonunda kompleks ekoloji monitorinq həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, monitorinqin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsi olub.

Tədbir çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy və vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb.

Qeyd edək ki, monitorinqin nəticələri norma daxilində hesab olunur. Əldə edilmiş göstəricilər gələcəkdə ekoloji vəziyyətin dinamikasının izlənməsi, zəruri profilaktik tədbirlərin görülməsi və ətraf mühitin mühafizəsinin daha səmərəli təşkili üçün istifadə olunacaq.

Mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
4
azertag.az

10Sources