Osinı kəndi yaxınlığında qəzaya uğrayaraq partlayan pilotsuz uçuş aparatı (PUA) hərbi aparatdır və Rusiyaya məxsusdur.
AZƏRTAC Polşa radiosuna istinadla xəbər verir ki, Lyublin Şəhər Prokurorluğu avqustun 19-dan 20-nə keçən gecə Osinı kəndi yaxınlığında hərbi pilotsuz uçuş aparatının qəzaya uğradığını müəyyən edib. Polşa milli müdafiə naziri Vladislav Kosinyak-Kamış onun Rusiyaya məxsus olduğunu bildirib.
Hazırda araşdırma aparılır, hərbçilər qəza yerinə nəzarət edir.