EN

İrana daha bir zərbə: 32 illik anlaşma ləğv edildi

  Ukrayna Nazirlər Kabineti diplomatik və xidməti pasport sahiblərinin vizasız səfərləri ilə bağlı İranla bağlanmış memorandumu dayandırıb.

Referans  xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının nümayəndəsi Taras Melniçuk bildirib.

 
“Ukrayna hökuməti ilə İran İslam Respublikasının hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış qarşılıqlı anlaşma memorandumunun qüvvəsi dayandırılıb”, – Melniçuk qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Kiyev həmçinin Tehranla 1993-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişini də ləğv edib. Ukrayna İranı münaqişədə Rusiyaya yardım göstərməkdə ittiham edir./Globalinfo.az  

Chosen
35
1
referans.az

10Sources