EN

Maşınla piyadanı vuraraq öldürən sürücüyə hökm oxundu

Şabran Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Habil Bəkirovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


İttihama görə, hadisə 2024-cü il tarixdə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən 133-cü kilometrliyində qeydə alınıb.


Belə ki, Habil Bəkirov idarə etdiyi “VAZ-2107” minik markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, zərərçəkmiş Fikrət Məlikovu (soyadı şərtidir) vurub. Nəticədə yaralı müalicə aldığı Şabran Mərkəzi Rayon Xəstəxanasında ölüb.


Hadisədən sonra Habil Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilib. 

 

Kamal Məmmədov 

Tarix: 21 Avqust 2025, 08:54   
Chosen
22
pravda.az

1Sources