EN

Uşaqlarda məktəbə sevgi necə formalaşdırılır? – Mütəxəssislərdən tövsiyə

Uşağın məktəbə ilk addımı onun gələcək təhsil həyatı üçün böyük önəm daşıyır. Lakin bəzi hallarda uşaqlarda məktəbə qarşı maraq az, hətta qorxu ilə müşayiət oluna bilər. Bu kimi halların qarşısını almaq üçün məktəbə sevgi hissini zamanında formalaşdırmaq mühümdür.    

Ölkə.az xəbər verir ki, psixoloqlar bildirir ki, məktəbə sevginin əsasını müsbət ilk təcrübələr təşkil edir. Uşağın ilk məktəb günü, müəllimlə münasibəti və sinifdəki atmosfer onun məktəbə baxışını formalaşdırır.

Mütəxəssislər uşaqlarda məktəbə sevgini artırmaq üçün bir neçə praktik yanaşma tövsiyə edirlər:

Uşağın məktəbə dair suallarına səbirlə və maraqla cavab vermək,

Onun məktəbə hazırlaşma prosesinə aktiv şəkildə qatılmasına imkan yaratmaq (çanta seçmək, məktəb ləvazimatlarını birgə almaq),

Məktəb həyatını evdə oyun və söhbət formasında canlandırmaq,

Kiçik uğurlarını təqdir edərək özünü məktəbdə güvənli hiss etməsinə kömək etmək.

Müəllimlər də sinifdə hər uşağın fərqli ehtiyaclarını və maraqlarını nəzərə alaraq, onları aktiv şəkildə dərs prosesinə cəlb etməyə çalışmalıdır. Beləliklə, məktəb uşaq üçün sadəcə bir öyrənmə yeri deyil, həm də özünü ifadə edə bildiyi, dəyərləndiyi bir mühitə çevrilir.

Mütəxəssislər qeyd edir ki, məktəbə sevgi zorla və ya məcburiyyətlə deyil, dəstək, anlayış və müsbət yanaşma ilə yaradılmalıdır.(milli.az)

Chosen
44
2
olke.az

3Sources