EN

Putin bunu etsə, Tramp hərəkətə keçəcək - Politiko

Avropa Birliyi liderləri ABŞ ilə Rusiya arasında aparılan sülh danışıqlarının uğursuz olacağını gözləyir və bu prosesi Trampın Putinin səmimi olmadığını anlaması üçün fürsət kimi görür.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti yazıb.

“Avropa liderləri hesab edir ki, danışıqlar davam etməlidir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını özü dərk etsin. Avropanın planı Trampa dəstək göstərmək, onu tərifləmək və güzəştə getməkdir ki, o, nəticədə Putinin blef etdiyini başa düşsün”, - məqalədə qeyd olunur.

Avropalı diplomatlardan biri isə nəşrə bildirib ki, əgər Putin müharibəni bitirmək istəmədiyini açıq şəkildə göstərsə, bu, Trampı hərəkətə keçməyə məcbur edəcək və Rusiyaya qarşı sanksiyaların artırılması üçün arqumentləri gücləndirəcək.

Chosen
9
1
axar.az

2Sources