EN

Bessent: Putin Trampın zənginə görə Kremldə 15 dəqiqə yubandı...

ABŞ maliyyə naziri Rusiya liderinin 15 dəqiqə Trampdan gələn zəngi gözlədiyini açqılayıb...

Poliqon xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent Fox Business telekanalına açıqlamasında prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə zənginin detallarını bölüşüb.

Nazirin sözlərinə görə, Trampın Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə apardığı danışıqlar zamanı Moskvada artıq gecə idi. Tramp Putinə zəng edə biləcəyini və ya mesaj göndərə biləcəyini bildirdikdə, Rusiya lideri cavabında deyib: “Yaxşı, mən daha 15 dəqiqə gözləyərəm, ya da sabah zəng edə bilərsiniz.”

Bessentin fikrincə, Putin həmin axşam mütləq zəng almaq istəyirdi və ona Trampın nə deyəcəyini eşitməkdə «səbrsizliklə maraqlı idi».

Xatırladaq ki, 18 avqustda Ağ Evdə Zelenski və Avropa liderləri ilə aparılan danışıqlar zamanı Donald Tramp fasilə verərək Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sözügedən zəngin 40 dəqiqə davam etdiyini və «açıq, konstruktiv xarakter daşıdığını» bildirib. ABŞ prezidenti həmçinin Putinə KiyevAvropa tərəfdaşları ilə apardığı məsləhətləşmələr barədə məlumat verib və Vaşinqtonun gələcək sülh prosesi ilə bağlı mövqeyini çatdırıb.

Poliqon.info

Chosen
71
poliqon.info

1Sources