EN

Paşinyan Overçukla Ermənistan-Rusiya gündəliyini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuku İrəvanda qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

 

Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri, Aİİ çərçivəsində əməkdaşlıqla bağlı cari mövzuları müzakirə ediblər.

 

Paşinyan və Overçuk həmçinin ikitərəfli ticarət dövriyyəsinin dinamikası, birgə proqramların həyata keçirilməsinin gedişatı ilə bağı fikir mübadiləsi aparıblar.

Chosen
36
11
senzor.az

10Sources