EN

Azərbaycan güləşçisi dünya üçüncüsü oldu

style='margin-bottom:10px;'>

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

QOL.az xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.

Chosen
75
12
teleqraf.com

10Sources