EN

"Buna gedərsə, Rusiya özü-özünü məhvə aparacaq" - Politoloq

"Rusiya Ukraynadan sonra işğalçılıq niyyətilə üzünü Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı çevirərsə, qarşısında Türkiyə və Pakistanı görəcək".

Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Rusiyanın Ukrayna ilə hər hansı bir şərtlər daxilində sülh müqaviləsi bağlayarsa, ondan sonra eyni müstəvidə diqqətini Cənubi Qafqaza yönəldəcəyi ehtimalından danışarkən deyib.

Həmsöhbətimiz qeyd edib ki, Rusiya digər ölkələrə hücum etsə, ona qarşı ikinci cəbhə açılacaq:

"Ona görə də Kreml bu barədə dərin düşünüb, buna getməməlidir. Azərbaycanın güclü ordusu, həm də güclü strateji müttəfiqləri var. Rusiya bu yolu tutarsa, qarşısında həm də Türkiyə, İsrail və Pakistanı görəcək. Bu qüvvələrin mövcudluğu fonunda Moskva regiona hücum etməz. Buna gedərsə, Rusiya özü-özünü məhvə aparacaq".

Ekspertin fikrincÉ™, nÉ™ qÉ™dÉ™r ki, Ukrayna müharibÉ™si gedir, Rusiyanın digÉ™r regionlara nÉ™zÉ™rlÉ™ri dÉ™ azalmaqda davam edÉ™cÉ™k: 

"Rusiya-Ukrayna müharibÉ™si isÉ™ yaxın zamanlarda bitmÉ™yÉ™cÉ™k. Baxmayaraq ki, ABÅž prezidenti hÉ™r iki tÉ™rÉ™flÉ™ danışıqlar aparır. HÉ™tta avqust ayı É™rzindÉ™ Ukrayna vÉ™ Rusiya liderlÉ™rinin görüşü dÉ™ baÅŸ tutacaq. Ancaq müharibÉ™nin tam dayanması vÉ™ sülhün baÄŸlanması uzaqdadır. Putin mÉ™qsÉ™dlÉ™rinÉ™ tam çatmamış müharibÉ™ni dayandırmayacaq. Eyni zamanda, onun yaxın zamanlarda Ukrayna üzÉ™rindÉ™ qÉ™lÉ™bÉ™ çalması da mümkün görünmür. Bu sÉ™bÉ™bdÉ™n Rusiyanın yaxın zamanlarda növbÉ™ti hÉ™dÉ™f olaraq üzünü CÉ™nubi Qafqaza doÄŸru çevirÉ™cÉ™yi inandırıcı deyil". 

Qeyd edÉ™k ki, son zamanlar Rusiyada CÉ™nubi Qafqaz, xüsusÉ™n dÉ™ AzÉ™rbaycana qarşı düşmÉ™nçilik É™hval-ruhiyyÉ™si artır. Bir sıra Rusiya siyasilÉ™ri, televiziya aparıcıları Ukraynaya humanitar dÉ™stÉ™k göstÉ™rdiyinÉ™ görÉ™, AzÉ™rbaycanı hÉ™dÉ™fÉ™ alaraq, onu cÉ™zalandırmaqla hÉ™dÉ™lÉ™yir. 

Hazırda ABŞ prezidenti Donald Trampın səyi ilə Kiyevlə Moskva arasında müharibənin dayandırılması istiqamətində fəaliyyətdə intensivlik müşahidə edilir. Aydın görünür ki, az ehtimal edilsə də, bu istiqamətdə hər hansısa bir sülh müqaviləsinin bağlanması fonunda belə, Rusiya yürütdüyü aqressiv siyasətindən əl çəkməyəcək. Ukrayna savaşında əldə edilən nəticədən asılı olaraq, növbəti mərhələdə yəqin ki, Kreml öz nəzərlərini Cənubi Qafqaza və yaxud Mərkəzi Asiyaya çevirəcək.

Chosen
5
2
olke.az

3Sources