EN

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) ən azı gümüş medalı özü üçün təmin edib.

Türkiyəli Büşra Efeni “tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.

Güləşçi sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.

Chosen
79
10
anews.az

10Sources