NATO-ya daxil bəzi ölkələrin Baş Qərargah rəisləri telekonfransdan sonra Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdə davam edir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Vaşinqtondakı mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, qərarların qəbulu üçün son tarix yoxdur, çünki təhlükəsizlik təminatları ilə bağlı təkliflər ordu deyil, NATO-ya üzv dövlətlərin liderləri tərəfindən hazırlanmalıdır.
Avqustun 20-də NATO ölkələrinin müdafiə nazirləri və baş qərargah rəisləri arasında telekörpü keçirilib və bu görüşdə tərəflər Ukraynanı dəstəklədiklərini təsdiqləyiblər.