EN

O, öncə mediadan xahiş etdi, ardınca azarkeşlərinə vəd verdi: "Neftçi" ilə görüşdə..." - VİDEO

Premyer Liqanın 2-ci turunda "İmişli" "Neftçi"ni qonaq edəcək.

Birinci turda gözlənilmədən çempionluğa iddialı "Turan Tovuz"a qarşı layiqli mübarizə sərgiləyən kollektivin bu dəfə nə ilə yadda qalacağı maraqla gözlənilir.

Aran təmsilçisinin baş məşqçisi Xorxe Kaskilya "ağ qaralar"la görüş öncəsi iddialı danışıb.

O növbəti çempionluğa namizəd rəqiblə oyunda asan təslim olmaq fikrində deyil.

Hətta əcnəbi mütəxəssis "Turan Tovuz"a məğlubiyyətdən sonrakı mətbuat konfransında öz fanatlarına səslənib.

Özü də necə?

Konfrans bitdi, media əhli zalı tərk etmək istəyərkən, Kaskilya hər kəsdən ayaq saxlamasını xahiş etdi.

Və davamında ürək sözlərini jurnalistlərlə bölüşdü.

Portuqaliya çalışdırıcı öncə "Turan Tovuz"la matçdakı dəstəyə görə təşəkkür edib, davamında fanatları "Neftçi" ilə görüşə dəvət edib və onlara vəd verib:

"Uzaq məsafə qət edib bura gələn fanatlarımıza təşəkkür edirəm. Bizi sona qədər dəstəklədilər. Hər birinə minnətdaram. Düzdü, bu gün uduzduq.

Qarşıdan "Neftçi" ilə oyun gəlir.

Həmin görüşə daha hazırlıqlı olacağımıza söz verirəm".

Aşağıdakı linkə daxil olaraq onun çıxışı yer alan videonu izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
13
sportinfo.az

1Sources