EN

Şəhid atası təltif edilib

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması və gələcək nəsillər arasında təbliğ olunması dövlətin aparıcı istiqamətlərindəndir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Masallıda prioritet məsələlərdən biridir.

“İki sahil” xəbər verir ki, rayonun Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin atası Əsgərov Bayram Məhərrəm oğlu “Partiya həyatında fəal iştirakına görə” Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən təşkilatın Fəxri Fərmanı ilə təltif edilib.

Görüş zamanı müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan bəhs edən Seyfəddin Əliyev torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edib. Şəhidlərin ailə üzvlərini özlərini yalnız hiss etməmələri üçün cəmiyyətimizin əlindən gələni etdiyini diqqətə çatdırıb. 

Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.

Chosen
29
2
ikisahil.az

3Sources