EN

Rusiya Donetsk vilayətində bazara raket zərbələri endirib, ölənlər və yaralananlar var

Rusiya qoşunları avqustun 20-də günortadan sonra Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində bazara raket zərbələri endirib.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin zərbələr nəticəsində azı 3 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığını açıqlayıb.

“Ruslar şəhərə 8 "Smerç" raketi atıblar, onlar qəsdən bazarı nişan alıblar", - deyə Filaşkin bildirib.

Onun sözlərinə görə, həmçinin, 15 pərakəndə ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətti zədələnib.

Vadim Filaşkin Donetsk vilayətində qalmağın təhlükəli olduğunu, Rusiyanın mülki vətəndaşları öldürmək və yaralamaq üçün xüsusi olaraq bu taktikanı seçdiyni bildirib.

Chosen
68
5
olke.az

10Sources