EN

Karib dənizində narıncı rəngdə köpəkbalığı tapılıb-FOTO

Kosta-Rika sahillərində – Karib dənizinin sularında parlaq narıncı rəngdə köpəkbalığı tutulub.

“Independent” nəşri xəbər verir ki, təxminən 1,8 metr uzunluğunda olan köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb. Adətən, qəhvəyi rəngdə olan bu növün narıncı görünüşü nadir dəri xəstəliyi ilə əlaqələndirilir.

Alimlər köpəkbalığının rənginin “xantizm” adlanan piqmentasiya pozuntusu nəticəsində dəyişdiyini söyləyirlər. Bu vəziyyət dəridə qırmızı piqmentin olmaması səbəbindən həddindən artıq sarı və ya qızılı çalarlar yaradır. Bildirilir ki, Karib dənizində köpəkbalığı, skat və digər bu kimi qığırdaqlı balıqlar arasında bu hal ilk dəfə qeydə alınıb.

Mütəxəssislər deyirlər ki, narıncı rəng və albinizm zamanı rast gəlinən ağ gözlər köpəkbalığını yırtıcılara qarşı daha həssas edir, çünki bu rəng onun gizlənməsini çətinləşdirir. Bununla belə, alimlər bu nadir halın həmin növün sağ qalma şanslarını tam məhdudlaşdırmadığını qeyd edirlər. Tədqiqatçıların fikrincə, belə piqmentasiya, adətən, genetik mutasiya ilə bağlı olur. Lakin bəzi hallarda qidalanma kimi xarici faktorlar da buna təsir edə bilər.

AzPost.az

Chosen
36
1
azpost.info

10Sources