EN

İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü

Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində təşkilatla əlaqəli qruplara rəhbərlik edən "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının liderlərindən biri məhv edilib. 

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Əl-İxbariya" telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib. 

Onun sözlərinə görə, Əli ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıblar. Ekstremist qaçmağa çalışsa da, yerindəcə zərərsizləşdirilib. Əməliyyatda Suriya və İraqın təhlükəsizlik qüvvələri iştirak ediblər.

Chosen
50
14
missiya.az

10Sources