EN

Sumqayıtda sabah SU OLMAYACAQ

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.
 

Məlumata görə, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.


Vətəndaşlardan anlayışlı olmaları xahiş edilib.

Bizim.Media

Chosen
91
31
bizim.media

10Sources