...Britaniya səmaları və dəniz limanlarını qorumaq üçün öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır, lakin onları Rusiya ilə cəbhə xəttinə yaxınlaşdırmayacaq..?
SİA-nın məlumatına görə, “The Guardian” xəbər verir ki, bunu Britaniya Müdafiə Qərargahının rəisi, admiral Entoni Radakin deyib.Qeyd olunur ki, Radakin tezliklə Pentaqondakı görüşdə amerikalı həmkarlarına britaniyalı hərbçilərin Ukraynada dəniz limanlarını qorumağa və hava hücumundan müdafiə əməliyyatlarını təşkil etməyə hazır olacaqları barədə məlumat verəcək.
Böyük Britaniyanın Müdafiə Qərargahının rəisinin də Britaniyanın maddi-texniki təchizat və təlim üçün əsgərlərlə təmin edəcəyini təsdiq edəcəyi gözlənilir.
Daha əvvəl bir sıra mənbələr Ukrayna obyektlərini qorumaq üçün 30 minə qədər hərbçinin yerləşdirildiyini bildirsələr də, bəzi Avropa ölkələrinin müqaviməti nəticəsində bu rəqəm azalıb.
…Çərşənbə axşamı həqiqətən vacib məqamdır. Vaşinqtonda prezidentin (ABŞ Donald Tramp - red.) razılığı olmadan heç nə baş vermir, ona görə də Trampın təhlükəsizlik zəmanətlərinə dəstəyi bazar ertəsi aktiv işə başlayıb.
Bunu mənbə qeyd edib.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə Ukrayna, ABŞ, Fransa, Finlandiya, Almaniya, Böyük Britaniya, İtaliya liderlərinin, həmçinin Avropa Komissiyasının sədri və NATO-nun baş katibinin görüşü olub.
…Və əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olub.
Əli Babayev