EN

Londondan Düşənbəyə uçan təyyarəBAKIDA MƏCBURİ ENİŞ ETDİ

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “Nomad Aviation AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

 

Senzor.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən bildirir ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstəyi təmin edir.

Chosen
68
49
senzor.az

10Sources