EN

Suriayda İŞİD-in liderlərindən biri öldürülüb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Suriyada İŞİD terror qruplaşmasının yerli hücrələrinə rəhbərlik edən əsas liderlərindən biri beynəlxalq koalisiya qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" telekanalı Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib.

Mənbənin bildirdiyinə görə, İraq vətəndaşı Salah Numan (ləqəbi Əli), İdlib vilayətinin şimalında yerləşən Atma qəsəbəsində gizlənirdi. Koalisiya qüvvələri onun yaşadığı evə hava zərbəsi endirib və binanı mühasirəyə alıb. Qaçmağa cəhd edən ekstremist yerindəcə zərərsizləşdirilib. Əməliyyata Suriya və İraqın təhlükəsizlik orqanları da qoşulub.

Qeyd edək ki, İŞİD silahlıları 2013-cü ildən etibarən Suriya və İraq ərazilərində fəalliyyət göstərməyə başlayıb. 2015-ci ilin ortalarında isə qruplaşma Suriyanın təqribən 70 faizinə nəzarət edirdi.

Chosen
81
9
turkic.world

10Sources