EN

Hər mübahisəni dərhal sakitləşdirən 3 sual

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə gərgin anları aradan qaldırmaq üçün xüsusi yanaşma təklif edib. 

Onun sözlərinə görə, istənilən cütlükdə mübahisələr qaçılmazdır, amma həmin gərginliyi necə idarə etmək münasibətlərin taleyini müəyyənləşdirir.

"Ən güclü münasibətlər belə eniş-yoxuşlardan keçir. Vacib olan tərəflərin konflikti necə həll etməsi və sonra nə baş verdiyidir. Bu, münasibətlərin davam edib-etməyəcəyini müəyyən edir", deyə Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib.

Psixoloqa görə, bu 3 sual diqqəti dəyişməyə, tərəflərə xatırlatmağa kömək edir ki, onlar bir-birinə qarşı deyil, münasibətləri üçün mübarizə aparırlar:

1. "Sən həqiqətən hiss edirsənmi ki, mən səni dinləyirəm?"

Münasibətlərdə problemlərin çoxu tərəflərdən birinin özünü eşidilməmiş hiss etməsi ilə başlayır. 2024-cü ildə aparılmış tədqiqat göstərib ki, diqqətlə dinləmək, təşəkkür ifadə etmək və yumordan istifadə etmək partnyorun dəstəyini artırır və anlaşılmazlıqları azaldır.

2. "Mənim yerimdə olsan, necə hiss edərdin?"

Mübahisə zamanı qarşıdakının düşmən yox, sevilən insan olduğunu xatırlatmaq vacibdir. Empatiya göstərmək, partnyorun mövqeyini anlamaq və kompromis tapmaq münasibətləri qoruyur. "Journal of Family Psychology"də dərc olunan araşdırmalar göstərir ki, empatiya tənqidi və incitici davranışları azaldır.

3. "Bunu daha az ağrılı etmək üçün ikimiz nə edə bilərik?"

Araşdırmalara görə, empatiya ilə mübahisə edə bilən cütlüklər emosional və fiziki baxımdan daha sağlam reaksiya göstərirlər. 2014-cü ildə aparılan bir araşdırma göstərib ki, sağlam üslubla mübahisə edən insanların ürək döyüntüləri daha sabit, stres reaksiyaları isə daha yüngül olur.

Beləliklə, sadə, amma düşünülmüş suallar həm emosional gərginliyi azaldır, həm də tərəflərə bir-birini həqiqətən anlamaq imkanı yaradır. \\Qaynarinfo 

Chosen
20
2
hurriyyet.az

3Sources