Sea Breeze

Zəngəzur dəhlizinin əsas komponenti olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, bu layihə Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək:

“Bu həm Türkiyənin logistik imkanlarını artıracaq, həm də Asiyaya uzanan ticarət yollarında etibarlı bir körpü rolunu oynayaraq ölkəmizin geostrateji mövqeyini möhkəmləndirəcək”.

Uraloğlunun sözlərinə görə, layihənin icrası üçün 2,4 milyard avro məbləğində xarici maliyyə təmin edilib.

“Bu, 224 kilometrlik iki xətli dəmir yolu olacaq. Xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq imkanına sahib olacağı gözlənilir. Bu layihə sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni, fasiləsiz dəmir yolu əlaqəsi qurulacaq”, – deyə türkiyəli nazir vurğulayıb.

ETX
ETX
ETX