EN

Ağcabədidə şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR/ VİDEO » AzadMedia.az



Avqustun 17-də “Azərbaycan Şəhid Ailələrinə Qayğı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ağdam və Ağcəbədidə şəhid ailələri ilə iş" layihəsi çərçivəsində Ağcabədi rayonunda tədbir keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə İctimai Birliyin rəhbərliyi, Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və şəhid ailələri iştirak ediblər. Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar parkına gedərək torpaqlarımız uğrunda canından keçən vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

QHT sədri Müfiq Əliyev çıxışında bildirib ki, ötən gün Ağdamda, bu gün isə Ağcabədidə keçirilən görüşlərin əsas məqsədi şəhid ailələrinin cəmiyyətə inteqrasiyasını təmin etmək və onların ictimai fəallığını artırmaqdır.


Chosen
26
4
azadmedia.az

5Sources