EN

Peşə məktəblərinə vakansiya seçimi başladı

2025-2026-cı tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplamış namizədlər 25 avqust tarixinədək portal.edu.az elektron müraciət sistemi vasitəsilə onlayn formada 8 vakant yer seçə bilərlər. Test imtahanının nəticələrinə əsasən, ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Chosen
59
18
demokrat.az

10Sources