EN

Cənubi Qafqazda dəyişən güc balansı: Rusiya imperialist siyasəti ilə regiondan təcrid olunur - ŞƏRH

Bakı.Trend:

Rusiya anlamalıdır ki, bu siyasət ölkə daxilində yaşayan bir çoxxalqları rus xalqına qarşı düşmən mövqeyinə sürükləyir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi heç kim üçünsirr deyil:

"İndiki Ermənistan ərazisini məhz Rusiya yaradıb. Bu dövlətinqurulmasının əsas məqsədi isə müsəlman əhalisi arasında parçalanmayaratmaq və idarə olunan bir münaqişə vəziyyəti formalaşdırmaqolub. Bu siyasət artıq 300 ildir davam etdirilir. 44 günlükmüharibə zamanı da biz Rusiyanı daim Ermənistanın yanındagördük".

"Rusiyanın Ukrayna ərazisində SOCAR-a məxsus obyektləri məqsədlişəkildə dağıtması Azərbaycana qarşı atılmış xoşagəlməz biraddımdır. Rusiya burada ədalətli mövqe nümayiş etdirməli və vaxtiləSOCAR tərəfindən alınmış həmin obyektlərə toxunmamalı idi. Buhərəkət Azərbaycana qarşı təzyiqlərin tərkib hissəsi kimiqiymətləndirilməlidir.

Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlətbaşçılarının qarşılıqlı bəyanat imzalaması isə Moskva tərəfindənqısqanclıqla qarşılandı. Halbuki uzun illər düşmən olmuş xalqlarınbarışması istənilən normal dövlət tərəfindən müsbətqarşılanmalıdır. Təəssüf ki, Rusiyanın dövlət siyasəti hər zamanimperiapərəst və müstəmləkəçilik ideologiyası üzərində qurulub", -o əlavə edib.

Millət vəkili bildirib ki, cəmiyyətin müəyyən təbəqələrinin,Rusiya senatının propaqandistlərin federal televiziyalardaAzərbaycana qarşı təhdidləri qəbuledilməzdir:

"Onlar başa düşməlidirlər ki, bu siyasət Rusiya daxilindəyaşayan bir çox xalqları rus xalqına qarşı düşmən münasibətinəsürükləyir. Bu siyasət uzunmüddətli perspektivdə özünüdoğrultmayacaq. Bəzi epizodik uğurlar əldə oluna bilər, lakin yaxıngələcəkdə görəcəyik ki, Rusiya Cənubi Qafqaza yönəlik siyasətindəciddi səhvlərə yol verir. Əgər bu kurs davam edərsə, Rusiyabütövlükdə regiona çıxış imkanlarını itirmiş olacaq. Tövsiyəedərdim ki, Rusiya siyasətçiləri məsələyə daha praqmatikyanaşsınlar və qonşuluq münasibətlərimizi qarşılıqlı hörmətprinsipləri əsasında davam etdirək. SOCAR-a məxsus obyektlərinvurulması, diaspor nümayəndələrinin həbsi və azərbaycanlılara qarşıtəhqiramiz davranışlar sadəcə olaraq cılız addımlardır. Neftkəmərləri bərpa oluna bilər, lakin dövlətlər arasında uzun illərərzində formalaşmış münasibətləri bərpa etmək olduqca çətinolar".

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında qeydedib ki, Rusiya Azərbaycanla münasibətlərində heç vaxt səmimiolmayıb:

"90-cı illərin əvvəllərində Rusiya dəstək verməsəydi, Ermənistanheç vaxt Azərbaycanın ərazilərini işğal edə bilməzdi. Torpaqlarımızişğal olunandan sonra da Rusiya Ermənistanı əvəzi ödənilmədənsilahlarla təmin edib. 1998-ci ildə 1 milyard dollar dəyərindəsilahın verilməsi və İkinci Qarabağ müharibəsi zamanı Ermənistanınsilahlandırılması bu dəstəyin davamı olub və məqsəditorpaqlarımızda Ermənistanın işğalını davam etdirmək idi.Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Qarabağdaerməni separatizminin kökünü kəsməsi Rusiyanın Azərbaycana qarşıaçıq qəzəbini doğurub".

"Təbii ki, 2024-cü ilin dekabr ayında AZAL-a məxsus təyyarəninvurulması və buna görə üzr istənilməməsi, may ayında Milli Məclisindeputatı olaraq mənim heç bir əsas olmadan deportasiya edilməyim,Yekaterinburq hadisələri, eləcə də bu gün də davam edəndiasporumuza qarşı aparılan açıq hücumlar, Zatulin, Valuyev,Qrulyev, Solovyov, Simonyan və digər şəxslərin Azərbaycana qarşıhəyata keçirdiyi düşmənçilik kampaniyası, eləcə də UkraynadaAzərbaycana məxsus neft-qaz infrastrukturunun məqsədli şəkildəvurulması – bütün bunlar Azərbaycana qarşı davam edən düşmənmünasibətin bariz göstəricisidir", - A. Badamov deyib.

O bildirib ki, Rusiya imperialist baxışlarını dəyişmək istəmir,bütün qonşuları özüdən uzaqlaşdırır və düşmən edir:

"Bu, eyni zamanda Rusiyanın dünyadan təcrid olunmasını daha dadərinləşdirir. Baş verənlərdən Rusiya düzgün nəticə çıxarmalı vəformalaşmış reallıqları qəbul etməlidir. Çünki bu gün artıq 90-cıillərin əvvəlləri deyil. Hazırda bütün ölkələr öz müstəqilliyiniqoruyub saxlamaqla yanaşı, qarşılıqlı hörmət və qarşılıqlı faydaəsasında münasibətlərin qurulmasında maraqlıdır. Təzyiq və güctətbiq etmək ölkələrarası əlaqələrin davamlılığına zərbə vurur. Bubaxımdan Rusiya düşmənçilik siyasətindən imtina etməlidir".

Məqalədə:
Chosen
48
1
az.trend.az

2Sources