EN

Culfada kompleks ekoloji monitorinq aparılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Culfa rayonunda kompleks ekoloji monitorinq həyata keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, aparılan monitorinqlərin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsi olub.

Tədbir çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy və vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb.

Qeyd edək ki, monitorinqin nəticələri norma daxilində hesab olunur. Əldə olunmuş göstəricilər gələcəkdə ekoloji vəziyyətin dinamikasının izlənməsi, zəruri profilaktik tədbirlərin görülməsi və ətraf mühitin mühafizəsinin daha səmərəli təşkili üçün istifadə olunacaq.

Chosen
29
4
report.az

10Sources