"Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişib. Avtosfer.az-ın "Modern.az"a istinadən məlumatına görə, Şuraya AZCON Holding-in İcraçı direktoru Şahin Babayev rəhbərlik edəcək. Şuranın digər üzvləri AZCON-un İcraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru Taylan Tekelidir.
Xatırladaq ki, "Bakı Metropoliteni”nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb.
Şuranın keçmiş tərkibi aşağdakı şəxslər idi:
Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəhman Hümmətov – rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Məmməd Abbasbəyli – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri
Vüqar Məcidli – Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.