İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.
Bu barədə İKZF-dən bildirilib.
Yeni mənzillər seçim üçün 27.08.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az ) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Tarix: 20 Avqust 2025, 18:13