EN

"Zirə"də növbəti ayrılıq: Qalmaqallı futbolçu bu kluba getdi

"Zirə" futbolçusu Rafael Utziqi icarəyə göndərib.

Publika.az xəbər verir ki, braziliyalı hücumçu növbəti mövsümü Vyetnamın “Ho Çi Minh Siti Polis” klubunda keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayından "Zirə"də çıxış edən Rafael Utziqlə klub arasında problem yaşanmışdı. O, Premyer Liqa təmsilçisindən ayrılmaq istədiyini bildirmiş və komandanın məşqlərinə, yay təlim-məşq toplanışına qatılmaqdan imtina etmişdi. Daha sonra futbolçu peşman olaraq "Zirə"nin düşərgəsinə qayıtsa da, baş məşqçi Rəşad Sadıqov onu bağışlamamışdı.

Chosen
33
publika.az

1Sources