EN

Azərbaycan kriptoaktivlər üzrə beynəlxalq hesabatlılıq çərçivəsinə qoşulur

Azərbaycan hökuməti kriptoaktivlərlə aparılan əməliyyatlar barədə məlumat mübadiləsinə qoşulmaq, vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə (Crypto-Asset Reporting Framework - CARF) qoşulmaq üçün müvafiq prosedurlara başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda bu sahədə beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir.

CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.

Chosen
21
3
demokrat.az

4Sources