EN

Ağstafa şəhərində yol nişanlanma işləri aparılır

BAKI, 20 avqust. TELEQRAF

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ağstafa şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri həyata keçirilir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib.

Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. Hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Chosen
31
2
teleqraf.com

3Sources