EN

İKZF Sumqayıtda 256 mənzili kirayə mexanizmi ilə satışa çıxarır

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi iləkirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsindəyerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzillərivətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla,aylıq ödənişləri 597 manatdan başlayır.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Yeni mənzillər seçim üçün 27.08.2025-ci il tarixində saat15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayışsahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış olabilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına(e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanətsistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsiqaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi vərəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin“1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmiçərçivəsində 7786 kirayə müqaviləsi bağlanılıb.

Chosen
43
22
az.trend.az

10Sources