ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
ABŞ-ın Şimali Karolina ştatının Hatteras adasının yaxınlaşan “Erin” qasırğası ilə əlaqədar sakinləri üçün məcburi təxliyə və şiddətli daşqın xəbərdarlığı edilib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Atlantik Okeanından yaxınlaşan "Erin" qasırğasına hazırlaşdığı bir vaxtda Şimali Karolina ştatının Hatteras adasının sakinləri üçün məcburi təxliyə əmri verilib.
Ada üçün şiddətli daşqın xəbərdarlığı edilib, adanın yerləşdiyi Dare County rayonunda isə fövqəladə vəziyyət elan edilib.
Küləyin sürəti saatda 165 kilometrə çatan və gücü 2-ci kateqoriyaya malik “Erin” qasırğasının quruya çatması gözlənilmir. Bununla belə, qasırğanın sahilyanı ərazilərdə şiddətli tufanlara, təhlükəli dalğalara və daşqınlara səbəb olacağı gözlənilir.
Məryəm Quliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.