EN

İordaniya: İsrail Suriyanın dərinliyinə getməməlidir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İordaniya İsrailin Suriyanın suverenliyinə hörmət etməsini və Ərəb Respublikasının ərazisinə daha dərinə getməməsini bildirib.

Bizimyol.info xəbər verir ki, İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi deyib ki, əks halda, Suriya torpaqlarının ələ keçirilməsi yalnız anarxiyaya gətirib çıxaracaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra o vurğulayıb ki, “daxili vəziyyətə mənfi təsir göstərən və sabitliyi pozan” İsrailin Ərəb Respublikasının işlərinə qarışması amilini nəzərə almaq lazımdır.

“Biz İsraili Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə məcbur etməliyik və onun Suriyanın dərinliyinə nüfuz etməsinə imkan verməməliyik. Suriya hakimiyyəti qonşu İsrail üçün təhlükə yaratmır. Biz də israillilərin narahatlığına hörmət edəcək addımlar atmalıyıq, lakin Suriya torpaqlarının ələ keçirilməsi bu problem və narahatlıqları həll etməyəcək. Bu, yalnız sabitliyin pozulmasına və anarxiyaya gətirib çıxaracaq”, - deyə İordaniya naziri qeyd edib.

İordaniya ümid edir ki, Suriya hökuməti “Suriyanın cənubunda gərginliyə son qoymaq, ora humanitar çıxışı təmin etmək” və “Suriyanın şimaldan cənuba, qərbdən şərqə vahid, inteqrasiya olunmuş ölkə olması” üçün bütün tərəfdaşlarla olduğu kimi region ölkələri ilə də əlaqə saxlayacaq. Eyni zamanda, əs-Səfadinin sözlərinə görə, Əmman “Suriya dövlətinin suverenliyini və bütövlüyünü təmin etmək” üçün üzərinə düşən hər şeyi edəcək, həmçinin Suriya hökumətinin buna yönəlmiş bütün səylərini dəstəkləyəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
bizimyol.info

1Sources