EN

Bu qərarı Rusiyasız verə bilməzlər, utopiyadır

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva Ukrayna böhranı ilə bağlı kollektiv təhlükəsizlik məsələlərinin Rusiyasız həll ediləcəyi ilə razılaşa bilməz“.

AzPost bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.

“Kollektiv təhlükəsizliyin Rusiya olmadan həll edilməsi təklif olunur. Biz razılaşa bilmərik. Bu, nəticə verməyəcək. Biz artıq bir neçə dəfə izah etmişik ki, Rusiya öz maraqlarını şişirtmir, lakin biz öz qanuni maraqlarımızı qəti və sərt şəkildə təmin edəcəyik”, – deyə o, vurğulayıb.

“Əminəm ki, Qərb və xüsusən də ABŞ çox yaxşı başa düşür ki, Rusiya olmadan təhlükəsizlik məsələlərini ciddi müzakirə etmək utopiya, dalana aparan yoldur”, – Lavrov vurğulayıb.

Almaniya, Böyük Britaniya və Fransanın kollektiv təhlükəsizlik zəmanətləri hazırlamağı planlaşdırdığı barədə xəbərləri şərh edən Lavrov qeyd edib: “Biz bu zəmanətlərin həqiqətən etibarlı olmasının tərəfdarıyıq”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
azpost.info

2Sources