EN

Deputat: “Pezeşkianın yaxasında İran və Ermənistanın bayrağı olmasını xüsusi qabartmağa ehtiyac yoxdur”

İran Prezidenti Məsud Pezeşkianın İrəvan səfəri zamanı yaxasına İran bayrağı ilə yanaşı Ermənistan bayrağını da əks etdirən nişan taxması müzakirəsiz ötüşməyib. Pezeşkianın Bakı səfəri bir daha göz önünü gətirilib, onun ölkəmizə səfəri zamanı yaxasına təkcə İran bayrağının nişanını taxmasına diqqət çəkilib.

 

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Pravda.az-a müzakirələrlə bağlı verdiyi açıqlamada deyib ki, Məsud Pezeşkian soydaşımız kimi həm bəyanatları, həm də ölkəmizə səfərlərində diplomatik davranışları ilə böyük sevgi qazanıb.

 

 

 

“Etiraf edək ki, İranın türk əsilli Prezidenti son illərdə Azərbaycana qarşı ən xoş münasibət göstərən liderdir. Bütün bunların fonunda onun İrəvana  səfəri zamanı yaxasında İran və Ermənistanın qoşa bayrağı olan nişan olmasını xüsusi qabartmağa, məncə, ehtiyac yoxdur. Hər şeydən öncə unutmamaq lazımdır ki, İranda prezident institutunun xarici siyasətdə elə də çox təsir gücü yoxdur. Bu məsələyə daha çox İranın ali dini lideri və SEPAH nəzarət edir. Yəni Məsud Pezeşkian istəsə belə, Ermənistanla münasibətləri dəyişə bilməz. Hətta bu durumda da istər Zəngəzur dəhlizi məsələsində, istərsə də ölkəmizə qarşı İrandan səslənən bəzi ittihamlara cavabında Məsud bəy kifayət qədər konstruktiv və Azərbaycana yönəlik mövqe ortaya qoyub. Buna görə formal bir ritualdan daha çox real siyasi nəticələrin üzərində dayanmaq lazımdır. Fikrimcə, Məsud Pezeşkian İranın türk əsilli Prezidenti kimi praqmatik və islahatçı mövqeyi ilə mümkün olan ən yaxşı mövqedən çıxış edir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 15:30   
Chosen
24
pravda.az

1Sources