EN

Türk animasiya filmi Akıllı Tavşan Momo: Büyük Takip yalnız CineMastercard da!

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Avqustun 21-dən etibarən "CineMastercard" premium kinoteatrlar şəbəkəsi türk istehsalı olan "Akıllı Tavşan Momo: Büyük Takip" animasiya macəra filminin eksklüziv nümayişinə başlayır.

Cizgi filminin rejissoru Mahmut Hasandır. Baş rolları isə Hakan Coşar, Yaprak Onat və Sinan Pekinton səsləndiriblər.

Film haqqında:

Sehrli və musiqili Mahnılı Meşədə bayram sevinci yaşanır - heyvanlar uzun zamandır gözlədikləri tədbirə hazırlaşırlar. Lakin əyləncə yarımçıq qalır: nadir istedada - skripka çalmaq bacarığına malik Yuimi insanlar tərəfindən qaçırılır. Məlum olur ki, o, ekzotik heyvanların qeyri-qanuni alveri ilə məşğul olan təhlükəli bir dəstənin qurbanıdır.

Onun köməyinə ağıllı və cəsur dostu - dovşan Momo gəlir. O tərəddüd etmədən böyük və təhlükələrlə dolu şəhərə yola düşür. Yolda şəhəri yaxşı tanıyan küçə pişiyi - Kölgə ilə tanış olur.

Momo və Kölgə birlikdə bir çox maneələri aşırlar: cinayətkarlarla qarşılaşır, digər heyvanları xilas edir, anbarlardan, zooparklardan, televiziya studiyalarından və hətta dəbdəbəli malikanələrdən keçirlər. Bu vaxt Yuimi televiziya ulduzuna çevrilmək üzrədir, onu xilas edə biləcək yeganə şey - möcüzədir.

"Ağıllı dovşan Momo: Böyük izləmə" - bütün ailə üçün nəzərdə tutulmuş, parlaq hadisələrlə zəngin və dərin mənəvi mövzularla - dostluq, cəsarət və sədaqətlə - dolu həyəcanverici macəra filmidir. Bu dəyərlər qəhrəmanlara hər cür çətinliyin öhdəsindən gəlməyə kömək edir.

"CineMastercard" həmişə uşaqları və ailələri yeni filmlərlə sevindirməyə, onları xeyirxahlıq və möcüzə dolu bir dünyaya qovuşdurmağa can atır. Bu, təkcə kino nümayişi deyil - unudulmaz təəssüratlar, parlaq xatirələr və ürəklərdə iz buraxan təcrübədir.

Türk animasiya filmi "Akıllı Tavşan Momo: Büyük Takip" - yalnız CineMastercard-da!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
5
oxu.az

6Sources