EN

Ukraynanın əməliyyat qüvvələri Rusiya generalını vurdular

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyat zamanı Rusiya Federasiyası ordusunun general-leytenantı Əsədulla Abaçevi ağır yaralayıblar.

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri bu barədə sosial şəbəkələrdə məlumat veriblər.

Məlumatda deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-leytenantı Əsədulla Abaçev Xüsusi Əməliyyat Qüvvələrinin  xüsusi əməliyyatı nəticəsində ağır yaralanıb. RF SQ-nin "Şimal" qoşun qruplaşmasının komandir müavininin avtomobilinin yandırılması Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi tərəfindən həyata keçirilib. Bu, avqustun 17-nə keçən gecə, Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib”. 

Xüsusi Əməliyyat Qüvvələrindən verilən məlumata görə, xəsarət nəticəsində generalın qolu və ayağı amputasiya edilib. O, təcili şəkildə Moskvaya aparılıb.

Hürr Tərcüman

Chosen
13
hurriyyet.az

1Sources