EN

DEPUTATDAN ŞOK AÇIQLAMA-“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-Ermənistan-ABŞ razılaşması İran prezidentinin “yaşıl işıq” yandırması ilə baş tutub”

İranda Zəngəzur dəhlizi məsələsi ətrafında gedən müzakirələrə paralel olaraq, anti-Azərbaycançı qüvvələr də bir xeyli fəallaşıblar. Tribunainfo.az xəbər verir ki, onlar artıq bütün əndazələri aşaraq, ağızlarına gələn “ittihamları” səsləndirməkdən də çəkinmirlər.

Ötən gün iranlı deputat, “İslam İnqilabının Sabitlik Cəbhəsi”nin üzvü, anti-Azərbaycançı Kamran Qəzənfəri yenə əsassız ittihamlarla çıxış edib. O, əvvəlcə İran prezidenti Məsud Pezeşkianı tənqid edib. Bildirib ki, məhz Pezeşkianın razılığı ilə Vaşinqtonda anlaşma əldə olunub. “Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-Ermənistan-ABŞ razılaşması İran prezidentinin “yaşıl işıq” yandırması ilə baş tutub”.

Onun sözlərinə görə, bu, İranın mənafeyinə ziddir. “Pezeşkian Azərbaycana səfərindən sonra bu addımı atıb”.

Qəzənfəri bununla da kifayətlənməyib, Azərbaycana qarşı da “ittiham”lar səsləndirib. O köhnə məsələni gündəmə gətirərək, guya, İsrailin İrana hücumunda Azərbaycanın əli olması ilə bağlı İran rəsmilərinin əlində sübutların olduğunu deyib.

Fərda Uğur


Chosen
15
azia.az

1Sources