EN

Pezeşkianın İrəvan səfəri: Tehranın Zəngəzur isterikası bitəcəkmi? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İranın Zəngəzur isterikası bitməyəcək, amma buna rəğmən, dəhliz mütləq açılacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri və imzalanan sənədlər fonunda Tehranın Zəngəzur dəhlizi ilə bağlı isterikasının bitib-bitməyəcəyinə aydınlıq gətirərkən deyib.

"Düşünürəm ki, Pezeşkianın Ermənistan səfəri və əldə edilən razılaşmalara rəğmən, Tehranın Zəngəzur isterikası bitən deyil. Onlar sona qədər həmin məsələyə qarşı çıxmaqda davam edəcəklər. Məsələnin həllinə masada ABŞ-ın yer alması mühüm təsir göstərib. ABŞ masada olduğu təqdirdə isə İran nə qədər çabalasa da, dəhliz əleyhinə heç bir addım ata bilməyəcək və dəhliz mütləq şəkildə açılacaq. Bunu Tehran da bilir. Ona görə də hələlik geniş vüsət almasa da, rasional dərinliklərdə bu yoldan özlərinin də faydalanması barədə düşünməyə başlayıblar" deyə Üzeyir Şəfiyev bildirib.

Həmsöhbətimiz deyir ki, İran bir sıra səbəblər üzündən Zəngəzur dəhlizi reallığını qəbul etmək istəmir:

"Tehran üçün bu dəhliz ona görə qəbulolunmaz sayılır ki, onun işə düşməsilə İran tranzit yolu funksiyasını itirə bilər. İran Zəngəzur dəhlizinin Turan yoluna çevrilməsindən də naahatdır. Türk dövlətlərinin coğrafiyasının birləşməsinə Tehran özü üçün təhdid kimi baxır. İrandakı radikallar, SEPAH, Xameneyi cinahında dayananlar bu dəhlizin açılmasına qəti şəkildə düşmən münasibət bəsləyirlər. Prezident Pezeşkian tərəfdarları isə məsələyə nisbətən mötədil yanaşırlar. Amma mahiyyət etibarı ilə hər iki cinah Zəngəzur dəhlizini qəbul etmək istəmir, ona "qırmızı xətt” kimi baxmaqda davam edirlər".

Ekspert İranla Ermənistan arasında imzalanan sənədlərin Zəngəzur dəhlizi məsələsində açar rolunda çıxış etdiyini də zənn etmir: 

"Paşinyan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi İranın mənafeyinə zidd olmayacaq və onlar da prosesdən faydalana bilər. Oxşar bəyanatları ABŞ və Azərbaycan tərəfindən də eşidirik. Tehran sadəcə belə çıxışlarla prosesdə təmsil olunmaq istəyir. Ancaq bu mümkünsüzdür. Onun çabası boşunadır. Bütün hallarda dəhliz açılacaq. ABŞ, Azərbaycan və Ermənistanın iradəsi ortadadır. Belə olan halda heç bir üçüncü qüvvə ona mane ola bilməyəcək".

Qeyd edək ki, ötən gün İran prezidenti Məsud Pezeşkianın Ermənsitana səfəri fonunda iki ölkə arasında münasibətləri tənzimləyən bir sıra sənədlər imzalanıb. İranı narahat edən Zəngəzur dəhlizinin açılması məsələsinə gəldikdə, İrəvan tərəfi öz ərazisindən üçüncü qüvvələrin İrana qarşı istifadə etməsinə imkan verməyəcəyini bəyan edib. Ermənistan həmçinin İranı da dəhlizin fəaliyyətində aktiv iştiraka dəvət edib. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
qaynarinfo.az

1Sources