Qobustanda balıq tutan zaman torpaq qatının qopması zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Trend xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Belə ki, radələrində 1987-ci il təvəllüdlü R.Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü N.Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.