EN

Qobustanda torpaq uçqunu nəticəsində həyatını itirən şəxs sahibkar imiş

Abşeron rayonunun Qobustan kəndində torpaq uçqunu zamanı həlak olan, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov sahibkar imiş.

Demokrat.az
xəbər verir ki. əslən Qazax rayonundan olan R.Əhmədov bir neçə ildir ki, Qobustan kəndinə köçüb və kəndin kənarında fermer təsərrüfatı yaradıb. Həmin vaxtdan etibarən o, ailəsi ilə birlikdə kənddə yaşayıb.

R.Əhmədov boş vaxtlarında kənd ərazisindəki çayın məcrasında yaradılan göldə balıq tuturmuş. Avqustun 19-da axşam saatlarında dostları ilə birlikdə yenidən həmin əraziyə balıq tutmaq üçün gedən R.Əhmədov balıq tutarkən qəfil torpaq uçqunu baş verib. Hadisə nəticəsində o, uçqun altında qalaraq həyatını itirib.

Chosen
28
3
demokrat.az

4Sources