Rusiyanın Uzaq Şərq regionunda yanacaq qıtlığı daha ciddi hal alıb.
Avtosfer.az xəbər verir ki, bəzi şəhərlərdə sürücülər yanacaq almaq üçün saatlarla gözləməli olurlar. Yerli idarəetmə orqanları bunu mövsümi tələbatın artması və federal yollarda təmir getdiyi üçün yanacağın çatdırılma müddətinin artması ilə əsaslandırırlar.
Müstəqil ekspertlər isə qıtlığı həm də digər səbəblərlə izah edirlər: sanksiyalara görə ölkə yanacaq istehsalına tələb olunan komponentləri və avadanlıqları ala bilmir, zavodlar ilk növbədə müharibə aparan ordunun tələbatını ödəməyə çalışır.
Nəzərə alaq ki, NATO ordularından fərqli olaraq Rusiya ordusunda çox sayda benzin mühərrikli avtomobil (UAZ, QAZ, ZİL və onların bazasında hazırlanmış xüsusi texnika) istismar edilir.
Vüqar