EN

Çin Əfqanıstanın "Bir kəmər, bir yol" layihəsində iştirakında maraqlıdır

Çin Əfqanıstanın "Bir kəmər, bir yol" layihəsində iştirakında və Kabulla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Report” Əfqanıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Çinin XİN başçısı Van İ Kabulda əfqanıstanlı həmkarı Əmir Xan Muttaki ilə danışıqlar zamanı bildirib.

Xüsusilə tərəflər iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

"Pekin Əfqanıstanın müvafiq qurumları ilə faydalı qazıntıların kəşfiyyat və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır", - Van İ qeyd edib.

O əlavə edib ki, hər iki ölkənin müvafiq qurumları Əfqanıstandan Çinə ixracın artırılması üzərində işləyir.

Əmir Xan Muttaki nəqliyyat, iqtisadiyyat və ticarət sahələrində Çinlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini təqdim edib.

"Çin Əfqanıstanın ticarət tərəfdaşıdır, bu ölkə ilə illik ticarət dövriyyəsi bir milyard dollara çatır", - Əfqanıstan XİN başçısı vurğulayıb.

Chosen
29
2
report.az

4Sources