EN

FHN filtr istehsalı sexinin fəaliyyətini dayandırdı

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexinin fəaliyyəti dayandırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

“- obyektdə quraşdırılan avtomatik yanğınsöndürmə sistemləri (sprinkler) daimi su mənbəyi ilə təmin olunmayıb;

- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;

- istehsalat və anbar sahələrində yanar materialdan istifadə edilərək otaqlar quraşdırılıb;

- anbar sahəsində mallar “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektin tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
92
21
yeniavaz.com

10Sources